(+994 55) 202 52 72

Sifariş forması

Biz kimik? Missiyamız. Hədəflərimiz

“Hayat Catering” yarandığı gündən etibarən sağlam və gigiyenik yemək istehsal etməklə fəaliyyət göstərən, infrastrukturunu daim inkişaf etdirən və işçilərinin təliminə xüsusi diqqət yetirən yemək xidməti şirkətidir. 2015-ci ildən fəaliyyətə başlayan şirkətimiz ilk olaraq 5-18 yaş arasındakı məktəblilərə xidmət göstərməyə başlayıb. “Hayat Catering” sonradan mövcud tələblərə uyğun olaraq, məktəblər, banklar, zavod və fabriklər, ictimai qurumlar, xəstəxanalar və sənaye müəssisələrinə hazır yemək çatdırma və yerində yemək istehsalı ilə də məşğul olmağa, bununla yanaşı, təqdimatlarda qəlyanaltı və ziyafət xidmətləri göstərməyə başlayıb.

“Hayat Catering” keyfiyyət standartını ISO 9001, ISO 22000 (HACCP) sertifikatları ilə təsdiqlətdirmək üçün lazım olan işlərin görülməsinə başlayıb. Şirkətimiz sağlam qidanın insan həyatındakı əhəmiyyətini dərk edən təcrübəli işçiləri ilə insan sağlamlığını ön planda tutaraq yemək istehsal edir. “Hayat Catering” öz əməkdaşlarına verdiyi müntəzəm təlimlər sayəsində mükəmməl xidmət səviyyəsinə çataraq keyfiyyətin davamlı olmasını təmin edib. “Hayat Catering” təcrübəsini müasir texnologiyaların imkanları ilə birləşdirərək yemək şirkətləri arasında liderə çevrilməyi, müştərilərinin dəyişən ehtiyaclarına uyğun yaradıcı qərarlar verərək Azərbaycanın yemək şirkətləri arasında müştəri mərkəzli marka olmağı qarşısına məqsəd qoyub.

Keyfiyyət siyasətimiz

1. Keyfiyyəti və markası bəlli olan tədarükçülərlə əməkdaşlıq 2. İşçilərin inkişafı üçün müntəzəm təlimlər 3. Sağlam və gigiyenik şəraitdə istehsal 4. Müştəri mərkəzli və müştəri ehtiyaclarına uyğun xidmət göstərməklə müştəri məmnuniyyətini prioritet saymaq 5. Sağlam, etibarlı və ləzzətli yeməklər istehsal etmək






Gördüyümüz işlər

  • 01
  • 02
  • 03
  • 04
  • 05
  • 06
  • 07
  • 08
  • 09
  • 10
  • 11
  • 12

Tərəfdaşlarımız

  • Avropa Azərbaycan Məktəbi
  • Giltex
  • TEAS
  • Visions
  • Azərbaycan Müəllim İnkişafı Mərkəzi
  • Visions TV
  • TEAS Press

SİFARİŞ FORMASI

SİFARİŞ FORMASI